Kanada Rusiyanın bu birliyə qayıtmasına “yox” dedi

19-02-2025, 12:34           
Kanada Rusiyanın bu birliyə qayıtmasına “yox” dedi
Kanada Rusiyanın G7-yə qayıtmasına etiraz edib.

Bu barədə Kanada xarici işlər naziri Melani Joli onlayn brifinq zamanı məlumat yayıb.

“Rusiyanın G7-yə qaytarılması barədə söhbət düşəndə mən dərhal dedim: “Heç vaxt!”, – Joli qeyd edib.

XİN başçısı bu məsələni avropalı həmkarları ilə müzakirə etdiyini də vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın 2014-cü ildə G8-dən çıxarılmasının yanlış qərar olduğunu bildirib və onun yenidən birliyə qayıtmasına sevinəcəyini qeyd edib. Bu da bir sıra kanadalı siyasətçinin etirazına səbəb olub./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru