Milyarderlər ölkəsi Avropada 2025-ci ilin ən yaxşı turizm istiqaməti seçildi (SİYAHI)
19-02-2025, 16:31

Avropanın ən yaxşı turizm istiqamətlərini müəyyənləşdirmək üçün "Europe's Best Destinations" portalının ekspertləri 158 ölkədən 1,2 milyondan çox səyahətçini sorğu-sual ediblər.
Qaynarinfo xəbər verir ki, ümumilikdə 500-dən çox maraqlı məkan analiz edilib və 20 ən populyar istiqamət 2025-ci ilin ən yaxşı Avropa turizm məkanları elan olunub.
Siyahının tərtibçiləri bildirirlər ki, bu reytinq Avropada şəhər tətilindən tutmuş təbiət qoynundakı sakit istirahətə, eləcə də günəşli məkanlara qədər hər zövqə uyğun variantlar təqdim edir. Burada mədəniyyət mərkəzlərindən tutmuş gizli qalmış incilərə qədər müxtəlif istiqamətlər var və onlar tarix, mədəniyyət, qastronomiya və təbiət gözəlliyini mükəmməl şəkildə birləşdirir.
Reytinqin lideri olan Monako Avropada yüksək keyfiyyətli turizm təcrübəsinin standartlarını müəyyən edən unikal istiqamət kimi təsvir edilib.
Ekspertlər bildirirlər ki, davamlılıq, lüks, mədəniyyət, qastronomiya, sağlamlıq turizmi, idman və ilboyu keçirilən tədbirlərin mükəmməl sintezi Monakonu hər bir səyahətçi üçün unudulmaz edir. Knyazlıq romantik istirahətdən ailəvi səyahətlərə və eksklüziv tətillərə qədər geniş seçim imkanları təklif edir. Burada komfort, zəriflik və dünya səviyyəli xidmət ən yüksək səviyyədə təqdim olunur.
2025-ci ilin Avropada ən yaxşı 20 turizm istiqaməti
1. Monako
2. Riqa, Latviya
3. Dubrovnik və Tsavtat, Xorvatiya
4. Madrid, İspaniya
5. Namyur, Belçika
6. Amsterdam, Niderland
7. Olyau, Portuqaliya
8. Mljet adası, Xorvatiya
9. Lissabon, Portuqaliya
10. Antipaksos, Yunanıstan
11. Dermi, Albaniya
12. Bat, Böyük Britaniya
13. Foleqandros, Yunanıstan
14. İstanbul, Türkiyə
15. Ez, Fransa
16. Askona, İsveçrə
17. Alesund, Norveç
18. Kassis, Fransa
19. Sevilya, İspaniya
20. Porto-Montenegro, Monteneqro