Tramp Çinlə nüvə razılaşmasını imzalamaq istəyir

20-02-2025, 16:14           
Tramp Çinlə nüvə razılaşmasını imzalamaq istəyir
ABŞ Prezidenti Donald Tramp, Çinlə genişmiqyaslı razılaşma imkanlarını nəzərdən keçirir. Bu razılaşma nüvə təhlükəsizliyi ilə bağlı məsələləri də əhatə edə bilər.
Bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Trampın məqsədi Çinlə elə bir saziş bağlamaqdır ki, bu, ABŞ-yə böyük Çin investisiyalarını cəlb etməklə yanaşı, Pekinin Amerika məhsullarını almaq öhdəliyini də əhatə etsin.

Bundan əlavə, ABŞ liderinin məsləhətçilərinin bildirdiyinə görə, Tramp nüvə təhlükəsizliyi ilə bağlı Çinlə ayrıca razılaşma əldə etməyi düşünür və bu məsələni birbaşa Çin sədri Si Cinpinlə müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Tramp daha əvvəl Si Cinpinlə ABŞ-Çin ticarət əlaqələrinin daha ədalətli şərtlər əsasında qurulması barədə razılığa gələ biləcəyini bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru