ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında 66 qızılcaya yoluxma halı qeydə alınıb
Dünən, 17:14

Qızılca ABŞ-da geri qayıdır.
Çərşənbə axşamı qərbi Texas kəndlərində səhiyyə rəsmiləri tərəfindən yüksək yoluxucu xəstəliyin əlli səkkiz, qonşu Nyu Meksiko ştatının şərqində isə səkkiz yoluxma halı təsdiqlənib.
Texas rəsmiləri, demək olar ki, 30 il ərzində ən böyük olan epidemiyanın 45 infeksiyasına Qaynes dairəsində rast gəlindiyini, lakin digər dörd dairədə əlavə 13 yoluxma hadisəsinin olduğunu deyiblər.
Səhiyyə işçilərinin fikrincə, Texasdakı qızılca əsasən "qapalı, az peyvəndlənmiş" Mennonit icması arasında baş verib.
Səlahiyyətlilər Nyu Meksikodakı yoluxmalardan ən azı üçünün Texasın Qaynes dairəsi ilə həmsərhəd olan ərazilərdə olduğunu bildirib.
Bu ayın əvvəlində ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkə daxilində 14 qızılca hadisəsi olduğunu bildirmişdi.
"Mayo Clinic" xəstəxanası qızılcanı "uşaqlıq dövründə virusun yaratdığı infeksiya" kimi təsvir edir: "Əvvəllər olduqca yoluxucu olan qızılcanın indi demək olar ki, hər zaman qarşısı peyvəndlə alına bilər... qızılca asanlıqla yayılır və kiçik uşaqlar üçün ciddi, hətta ölümcül ola bilər".
Qızılca havada iki saat yaşaya bilən respirator virusdur. CDC-nin məlumatına görə, həssas olan hər 10 nəfərdən doqquzu virusa məruz qaldıqda yoluxacaq.
Bununla belə, son illərdə bəzi valideynlər qızılca peyvəndini autizmlə əlaqələndirən etibarsız bir araşdırmaya istinad edirək, xəstəliyin qarşısını almaq üçün nəzərdə tutulan peyvəndlərin zəruriliyi və təhlükəsizliyi sual altına alırlar.
Qızılca ilə mübarizədə daha bir xoşagəlməz hadisə COVID-19 pandemiyası zamanı bir çox uşağın peyvənddən yayınması zamanı baş verdi. Los Ancelesdəki Sedars Sinai, 2024-cü ilin fevral ayında verdiyi açıqlamada, qızılca peyvəndinin ölkə daxilində 2020-ci ildən 2022-ci ilə qədər 61 milyon daha az doza paylandığını bildirmişdi.
1963-cü ildə ABŞ-da təkcə qızılca deyil, həm də parotit və məxmərəyə qarşı peyvənd tətbiq olunmazdan əvvəl hər il 3 milyondan 4 milyona qədər qızılcaya yoluxma hadisəsi baş verirdi.
İndi ildə adətən 200-dən az yoluxma olur, lakin hələ də peyvəndlərə müqavimət göstərən ərazilərdə qızılca yoluxmaları davam edir.
Peyvədlər əvvəlcə 12-15 aylıq uşaqlar, sonra isə 4-6 yaşa qədər uşaqlara edilir.