Senat Houard Lutniki ticarət naziri vəzifəsinə təsdiqləyib

Dünən, 15:18           
Senat Houard Lutniki ticarət naziri vəzifəsinə təsdiqləyib
Senat çərşənbə axşamı zəngin maliyyəçi və Prezident Donald Trampın sərt xətt tərəfdarı ticarət siyasətinin qatı dəstəkçisi Houard Lutniki ticarət katibi vəzifəsinə təsdiqləyib.

Cantro Fitzgerald investisiya şirkətinin baş icraçı direktoru olan Lutnik Ticarət Departamentində iqtisadi statistik məlumatların toplanmasından tutmuş əhalinin siyahıyaalınmasına və hava hesabatlarının verilməsinə qədər bir çox şeyi edən 50 000 işçiyə nəzarət edəcək. Amma o, çox güman ki, vaxtının böyük hissəsini – Trampın ABŞ-ın baş ticarət vasitəçisi vəzifəsinə nominasiya etdiyi Ceymison Qriir ilə birlikdə prezidentin ABŞ-ın, müttəfiqləri və rəqibləri daxil olmaqla, ticarət tərəfdaşlarına idxal vergiləri tətbiq etmək üçün aqressiv planlarını idarə etməyə sərf edəcək.

Senat 51-45 səs fərqi ilə Lutniki təsdiqləməyə səs verib.

Tramp tariflərə çoxməqsədli iqtisadi alət kimi baxır. Onlar onun başqa sahələrdəki vergi kəsirlərini maliyyələşdirmək üçün vəsait toplaya, ABŞ sənayelərini qoruya və başqa ölkələri ticarət əngəlləri, immiqrasiya və narkotik qaçaqmalçılığı kimi məsələlərdə güzəştə getmələri üçün təzyiq göstərə bilər. Meynstirm iqtisadçılar tarifləri əsasən əks-məhsuldar olaraq görür: Onlar Birləşmiş Ştatlarda idxal şirkətləri tərəfindən ödənir ki, onlar da daha yüksək qiymətləri istehlakçılara ötürməyə çalışır və bununla da inflyasiyanın artmasına gətirib çıxarır.

Lutnik ötən ay təsdiq dinləməsdinə tariflərin inflasiyaya səbəb olduğunda dair fikri “cəfəngiyyat” adlandırıb. O, digər ölkəri Amerika ixraclarına maneələri azaltmağa vadar üçün "ölkə-bə-ölkə" tariflərin tətbiqinə dəstəyini ifadə edib.

Tramp ötən həftə “qarşılıqlı” tarif planını - ABŞ-ın idxal vergilərini başqa ölkələrin ABŞ mallarına tətbiq etdikləri yüksək vergilərlə eyniləşdirmək üçün artırmağı - elan edib. BU addım onillərdir dünya ticarətini idarə edən qaydalara zərbə vura bilər. 1960-cı illərdən bəri tariflər əsasən onlarla ölkə arasında aparılan danışıqlar nəticəsində tətbiq olunub. Tramp bu prosesi mənimsəyir.

Prezident həmçinin Çindən idxallara 10 faizlik tarif tətbiq edib və ABŞ-ın xarici polad və alüminiuma vergilərini artırıb. O Kanada və Meksikaya 25 faizlik vergi tətbiq etməklə hədələyib və onları martın 4-dək təxirə salıb.

Lutnik Dünya Ticarət Mərkəzinə 11 sentyabr hücumları zamanı Cantor Fitzgeral-ın baş icraçı direktoru vəzifəsində çalışıb. Həmin gün şirkətin işçilərinin üçdə ikisi – 658 nəfər, o cümlədən Lutnikin qardaşı həlak olub.

Lutnik öz biznes holdinqlərini satacağına söz verib. Onlar mürəkkəbdir. Onun maliyyə hesabatları onun 800-dən çox biznes və digər özəl təşkilatlara sahib olduğunu göstərir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.