Polşa müdafiə naziri Rusiya ilə müharibə sualına belə cavab verdi

21-02-2025, 10:34           
Polşa müdafiə naziri Rusiya ilə müharibə sualına belə cavab verdi
"Polşa nə Rusiyaya, nə də Belarusa hücum etmək niyyətindədir".
İqtisadiyyat.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Bizim əsas vəzifəmiz müdafiə olunmaq və qarşısını almaqdır. Heç kəsin Polşaya hücum etməkdən fayda götürməsi mümkün olmasın. Biz müharibə istəmirik və heç bir ölkəyə hücum etmək niyyətində deyilik," – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, NATO müdafiə alyansıdır və heç bir ölkəyə hücum etmək niyyəti yoxdur.

Bundan əvvəl Kosinyak-Kamış NATO ölkələrinin Ukraynaya göndərə biləcəyi əsgərlərin sayını müəyyənləşdirdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru