Gürcüstan Lavrovun “3+3” formatı ilə bağlı təklifini rədd edib

21-02-2025, 09:38           
Gürcüstan Lavrovun “3+3” formatı ilə bağlı təklifini rədd edib
“Biz Rusiya ilə heç bir danışıqlar masasına oturmaq fikrində deyilik”

Gürcüstan Cənubi Qafqaz üzrə “3+3” formatını Rusiyanın orada iştirakına görə qəbuledilməz hesab edir. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Maçavariani deyib.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Gürcüstan “Altılıq” formatında iştirak etməkdə sərbəstdir.

“Ərazilərimizi işğal edən Rusiya da “3+3” formatında iştirak edir. Əlbəttə, biz Rusiya ilə heç bir danışıqlar masasına oturmaq fikrində deyilik”, - Maçavariani bildirib.

Deputat xatırladıb ki, Rusiya ilə Gürcüstan arasında heç bir diplomatik və ya başqa münasibətlər yoxdur. Parlamentarinin sözlərinə görə, respublika ilk növbədə ərazi bütövlüyü məsələsini həll etməli, bundan sonra görüş formatlarda iştirak edə bilər.

Qeyd edək ki, “3+3” formatı Cənubi Qafqazın üç ölkəsi (Ermənistan, Azərbaycan və Gürcüstan) və üç qonşu ölkə (Rusiya, Türkiyə və İran) arasında məsləhətçi əməkdaşlıq formatıdır. Cənubi Qafqaz üzrə “Altılıq” əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru