Rusiya buğdanın ixrac rüsumunu azaldır

Bu gün, 11:44           
Rusiya buğdanın ixrac rüsumunu azaldır
Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi buğda ixracına görə rüsumun 2025-ci il fevralın 26-dan 3 min 636,3 rubldan 2 min 742,6 rubla endiriləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, arpanın ixrac rüsumu əvvəlki 2 min 202,4 rubla qarşı 1 min 169,2 rubl olacaq. Qarğıdalı üçün rüsum isə bir ton üçün 3 min 373,7 rubldan 2 min 301,9 rubla qədər azaldılacaq.

Buğda üçün ixrac rüsumu 241,1 dollar/ton, arpa üçün 204 dollar/ton, qarğıdalı üçün 221,8 dollar/ton təşkil edir.

Qeyd edək ki, 2024-cü ilin iyunun sonunda Rusiya hökuməti taxıl üçün ixrac gömrük rüsumlarına düzəliş edib. Buğda, meslin, arpa və qarğıdalı üçün ixrac rüsumu hər ton üzrə min rubl artırılıb.

Taxıl ixracına üzən rüsumlar Rusiya hökuməti tərəfindən 2021-ci ildə tətbiq edilib. Rüsum əsas qiymətlə göstərici qiymət arasındakı fərqin 70%-ni təşkil edir. Moskva birjasında qeydə alınan ixrac müqaviləsi qiymətlərinə əsaslanan göstəricilər həftəlik hesablanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.