Tramp Dan Boncinonun FTB direktorunun müavini olacağını deyib

25-02-2025, 17:14           
Tramp Dan Boncinonun FTB direktorunun müavini olacağını deyib
Prezident Donald Tramp bazar günü sosial şəbəkədəki paylaşımında bildirib ki, mühafizəkar tok-şou aparıcısı Dan Boncino FTB-nin direktor müavini olacaq.

Boncino bu yaxınlarda Senat tərəfindən FTB-nin direktoru vəzifəsinə təsdiq edilmiş Kaş Patelə qoşulacaq. Tramp bildirib ki, Boncinonu bu vəzifəyə Patel namizəd göstərib. Bu vəzifəyə namizədi Senatın təsdiq etməsi tələb olunmur.

"Hüquq-mühafizə orqanları və Amerika ədaləti üçün əla xəbər!" Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb, Boncinonu “Ölkəmizə inanılmaz sevgi və qayğısı olan insan” adlandırıb.

Boncino əvvəllər Nyu-York polisi və ABŞ Məxfi Xidmətinin üzvü olub. O, son vaxtlar mühafizəkar radio aparıcısı və podkastçı kimi tanınırdı.

Tramp öz paylaşımında bildirib ki, Boncino yeni vəzifəyə qədəm qoyan kimi proqramından “ imtina etməyə hazırdır”. Spotify-ın məlumatlarına görə, "The Dan Bongino Show" ən son göstəricilərə görə ABŞ-dakı podkastlar arasında 56-cı sırada idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru