Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb

26-02-2025, 08:38           
Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb
Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Nazirlər Kabinetinin iclasının yekununda bildirib.

“Biz Ukraynaya çoxlu ianələr təqdim etmişik. İndi növbəti, dəyəri 200 milyon avrodan çox olan 46-cı ianəni hazırlayırıq”, - o deyib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya 100 milyon avro məbləğində növbəti - 45-ci yardım tranşını təqdim edəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru