Starlink Ukraynaya xidmət göstərməyə tam sadiqdir.
Sherg.az xəbər verir ki, bB "Yayılan şayiələr qəti şəkildə yalandır", - şirkətin açıqlamasında deyilir.
Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski isə ölkəsinin Ukraynanı əlavə Starlink terminalları ilə təmin edəcəyini bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Varşava Kiyevə 24.4 min terminal verib. Yeni partiya 2024-cü ilin noyabrında sifariş edilib və tədricən Ukraynaya daxil olur.