HƏMAS İsraili vədinə əməl etməyə çağırıb
Bu gün, 08:48

HƏMAS işğalçı İsrail rejimini Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 600-ə yaxın fələstinli məhbusun azad olunmasını gecikdirdiyinə görə tənqid edib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Bununla baölı HƏMAS-ın siyasi bürosunun sözçüsü Basem Naim verdiyi yazılı açıqlamada təşkilatın razılaşmanın bütün müddəalarına tam əməl etdiyini, İsrailin hərəkətlərinin isə razılaşmanın pozulması və potensial olaraq müharibənin yenidən başlaması riskini artırdığını bildirib.
O, İsrailin 600 fələstinlini azad etməyənə qədər razılaşmanın ikinci mərhələsi üzrə danışıqları qeyri-mümkün olduğunu söyləyib.
Xatırladaq ki, fevralın 22-də HƏMAS daha 6 israilli əsiri azad edib və özü tərəfdən sövdələşmənin birinci mərhələsinin başa çatdığını elan edib. İsrail həmin gün 602 fələstinli məhbusu həbsdən azad etməli idi. Ancaq işğalçı İsrailin rəhbəri Benyamin Netanyahu yenə vədinə əməl etməyib, müztəlif bəhanələrlə əsirləri azad etməyi təxirə salıb.