Dünyada cəmi 24 nəfərin daxil olduğu SİYAHI - İlk sırada ODUR

Bu gün, 08:41           
Dünyada cəmi 24 nəfərin daxil olduğu SİYAHI - İlk sırada ODUR
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask dünya üzrə cəmi 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına başçılıq edir.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" analitik şirkət "Altrata"ya istinadən məlumat yayıb.

Şirkətin fikrincə, bu gün ultrazəngin insanların yeni kateqoriyası – supermilyarderlər formalaşıb.

Onların hər birinin sərvəti ən azı 50 milyard dollar təşkil edir.

"Altrata" bu siyahıya dünyanın 24 ən varlı şəxsi daxil edib. Reytinqin birinci pilləsində "SpaceX", "Tesla" və "X" şirkətlərinin rəhbəri İlon Mask qərarlaşıb. Onun sərvəti 419,4 milyard dollar dəyərində qiymətləndirilir.

Onun ardınca "Amazon" onlayn pərakəndə satış nəhənginin qurucusu Ceff Bezos (263,8 milyard dollar), lüks mallar imperiyası LVMH-ın sahibi Bernar Arno (238,9 milyard dollar), "Oracle" texnologiya şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və "Meta" korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) yer alır.

Ümumilikdə, dünyanın ən varlı 24 nəfərinin sərvəti 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-nə bərabərdir. Siyahıdakı 16 nəfərin sərvəti 100 milyard dolları aşır.

"Altrata"nın hesablamalarına görə, XIX və XX əsrin əvvəllərində ən zəngin insanlar sənayeçilər idisə, müasir supermilyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sektorunda qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.