Rusiyada xakerlər bir ildə 87 mln. dollar oğurlayıb

15-10-2016, 00:51           
Rusiyada xakerlər bir ildə 87 mln. dollar oğurlayıb
Kibercinayətkarlar 2015-2016-cı il martın 31-i tarixləri arasında maliyyə ilində Rusiyada 5,5 mlrd. rubl (87,3 mln. ABŞ dolları) həcmində vəsait oğurlamağa müvəffəq olublar.

"Report"un "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Group-IB" informasiya təhlükəsizliyi şirkəti məlumat yayıb.

Şirkətin hesabatına görə, bu, bir əvvəlki illə müqayisədə 44% çoxdur. Oğurlanan vəsaitin 2,56 mlrd. rublu (39,7 mln. dollar) Rusiya banklarına aiddir. Bu da əvvəlki maliyyə ili ilə müqayisədə 4 dəfə çoxdur.

Hesabata əsasən, "İnternet Banking" xidmətlərində hüquqi şəxslərə hücumlar illik müqayisədə 2 dəfə azalaraq oğurlanan vəsaitin həcmi 956 mln. rubl (19,2 mln. dollar) təşkil edib. Ən çox oğurluq mobil cihazlarda ("Android" sistemi aid) troyanlar vasitəsilə edilib. Bu sahədə oğurluq 471% artaraq 348,6 mln. rubl (9,5 mln. dollar) olub.

Ümumilikdə isə hesabat dövründə 5 mlrd. rubl (79,4 mln. dollar) həcmində oğurluğun qarşısı alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru