ABŞ-ın bu paylaşımı hiddət yaratdı - Türk əsgərlər...
15-10-2016, 08:44
ABŞ donanması qurulmasının 241-ci ildönümü münasibətilə sosial media hesabından Trablus sahillərində türk bayrağı ilə döyüşən əsgərlərin öldürüldüyü əks olunan tablonun fotosunu paylaşıb.
Axar.az xəbər verir ki, donanmanın Tvitter hesabında paylaşdığı “Amerikanın dənizçiləri cəsur və hazırdırlar” ismarışı ilə əlində türk bayrağı tutaraq döyüşən əsgərlərin öldürülməsini əks etdirən tablo istifadəçilərin hiddətinə səbəb olub.
Sözügedən tablonun mövzusu 1801-1805-ci illərdə Liviyanın Trablus bölgəsində ABŞ ilə Osmanlıya bağlı Berberlər arasındakı I Berber müharibəsidir. Müharibədən sonra ABŞ Ağ dənizə daxil olaraq, Berber piratlarına böyük məbləğdə vergi ödəməkdən azad olub.
ABŞ donanmasının əlində bayraq olan türk əsgərinin belə bir tablosunu niyə paylaşması bilinmir.
Sözügedən tabloya türk və əcnəbi Tvitter istifadəçiləri irad bildirib, bunun türk–amerikan əlaqələrinin həssas dövrünə uyğun paylaşma olmadığı qənaətinə gəliblər.