ABŞ Prezidenti Rusiya ilə bağlı sanksiyaları yumşaltmağı planlaşdırmır

27-02-2025, 11:38           
ABŞ Prezidenti Rusiya ilə bağlı sanksiyaları yumşaltmağı planlaşdırmır
Rusiya – Ukrayna münaqişəsinin həlli çərçivəsində ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını təklif etməyi planlaşdırmır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistin Ukrayna üzrə danışıqlarda sanksiyaların yumşaldılması məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı sualına cavab verərkən bildirib.

“Hazırda bu, mümkün olmayacaq”, – o vurğulayıb.

Tramp qeyd edib ki, sanksiyaların ləğvi məsələsini yalnız Rusiya – Ukrayna müharibəsi başa çatdıqdan sonra nəzərdən keçirməyi planlaşdırır: “Əvvəlcə görmək istəyirəm ki, (sülh sazişi – red.) əldə edə biləcəyikmi”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru