KİV:"İran Suriya üzrə görüşdə iştirak edəcək"

15-10-2016, 09:21           
KİV:"İran Suriya üzrə görüşdə iştirak edəcək"
İranın nümayəndə heyəti oktyabrın 15-də Lozannada keçiriləcək Suriya böhranı üzrə çoxtərəfli danışıqlara qatılacaq.

Bu barədə “Al Mayadeen” telekanalına İran XİN-dəki mənbə bildirib.

Onun sözlərinə görə, Misir və İraq danışıqlarda iştiraklarını təsdiq edəndən sonra İran görüşə qatılmağa qərar verib. İnformasiya hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl “Tasnim” agentliyi hökumətdəki mənbəyə istinadən İranın Lozanna görüşündə iştirak etməyəcəyini bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru