Ərəbistandan əcaib qərar: 7 ölkəyə səfər qadağan edildi

15-10-2016, 11:43           
Ərəbistandan əcaib qərar: 7 ölkəyə səfər qadağan edildi
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 7 ölkəyə səfər etməyi vətəndaşlarına qadağa edib.

Axar.az xəbər verir ki, qadağa tətbiq edilən ölkələrin siyahısı belədir: İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin və Tailand.

Qeyd edilir ki, bu ölkələrə səfər edən vətəndaşların 3 il ölkə ərazisini tərk etmələri məhdudlaşdırılacaq. Bundan əlavə, qadağanı pozan vətəndaşlar 10 min Səudiyyə rialı (3 min dollar) məbləğində cərimələnəcək.

Səudiyyə Ərəbistanının şərqində çoxsaylı şiə icması var və bir çoxunun İranda qohum-əqrabaları yaşayır. Şiələr həmçinin onlar üçün müqəddəs məkan sayılan İraq və Suriyaya tez-tez səfər edirlər. Ərəbistanın bu qərarı İran və Suriya ilə kəskinləşən münasibətlər fonunda təhlükəsizlik məqsədi daşıyır.

Xatırladaq ki, bu ilin əvvəlində Səudiyyə Ərəbistanı məşhur şiə vaizi Nimr əl-Nimri edam edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.