Amerika vizasının verilməsində qayda dəyişdi -Yeni qadağa

15-10-2016, 11:53           
Amerika vizasının verilməsində qayda dəyişdi -Yeni qadağa
ABŞ Dövlət Departamenti Amerika vizası üçün təqdim edilən foto ilə bağlı qaydanı dəyişib.

Dəyişikliyə əsasən, bundan sonra viza üçün müraciət edən şəxsin eynəkli fotosu qəbul olunmayacaq.

Yeni qayda bu il noyabrın 1-dən tətbiq olunmağa başlayacaq.


Departamentin yaydığı məlumatda bildirilir ki, bu qadağa viza müraciətlərinə baxılması ilə bağlı gecikmə hallarının qarşısını alacaq.

O da qeyd olunur ki, təkcə ötən il 200 mindən çox pasportda fotoların keyfiyyəti pis olub və lazımi tələblərə cavab verməyib. Bu da müraciətlərə baxılmasında ləngimələrə səbəb olub: «Bir nömrəli problem də eynək olub. Təkcə bu səbəbdən bir çox müraciətə mənfi cavab verilib».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru