ABŞ Ukrayna ilə razılaşmadan 20 milyard dollar gəlir gözləyir

28-02-2025, 17:14           
ABŞ Ukrayna ilə razılaşmadan 20 milyard dollar gəlir gözləyir
ABŞ Ukraynanın nadir torpaq elementlərinin istismarından 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.

Gununsesi.info xəbər verir ki, bunu “NewsNation” telekanalına Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett deyib.

“Çoxlu hesablamalar var, amma təxmini proqnozlar 20 milyard dollardır. Əslində isə sövdələşmənin dəyəri daha yüksəkdir”, – o bildirib.

Saziş layihəsinə görə, Kiyev və Vaşinqton birgə bərpa fondu yaradacaq, Ukrayna təbii ehtiyatlardan gələn gəlirlərin 50%-ni bu fonda yönəldəcək, ABŞ isə bu fondun yeganə benefisiarı olacaq. Bunun müqabilində Amerika hökuməti Ukrayna qarşısında uzunmüddətli maliyyə öhdəlikləri götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru