Bir heykəl Rusiyanı iki yerə böldü: - CİDDİ MÜZAKİRƏ
15-10-2016, 16:29

Rusiyanın Oryol şəhərində Rus çarı İvan Qroznuya heykəli ucaldılıb.
Heykəlin açılış mərasimi provoslavların müqəddəs "Məryəm Ana" bayramı gününə təsadüf edib.
Tədbirdə ictimai təşkilatların nümayəndələri,məmurlar, şəhər sakinləri iştirak ediblər.
"Oryol şəhərində İvan Qroznunun şərəfinə ucaldılan abidə çarın xatirəsinə ehtiramdan əlavə tariximizin bütün mərhələlərinə göstərilən sayğı və hörmətdir. Səmimi qəlbdən sevinirəm ki, şəhər sakinləri öz keçmişlərinə hörmət edir və onu unutmurlar. Bütün Oryol şəhərinə, onun sakinlərinə firavan həyat, əmin-amanlıq və yeni uğurlar arzulayıram" , bu sözləri Rusiyanın Mədəniyyət Naziri Vladimir Medinski tədbir iştirakşılarına ünvanladığı məktubda yazıb.

Heykəlin ucaldılmasından öncə şəhər əhalisi arasında sorğu keçirilib. Ses verənlərin 72,6% çar İvan Qroznuya qoyulacaq heykəlin əleyhinə olmadığlarını bildiriblər.
Sosial şəbəkələrdə isə mənzərə fərqlidir. İnsanlar İvan Qrovnununu Stalinlə müqayisə edərək hər ikisinin Rusiya xalqına qarşı apardığı represiya faktlaranı önə çəkiblər.

