BMT Ukraynanın bəzi regionlarına maliyyə yardımını dayandırıb
Bu gün, 00:07
BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın dəstəyinin azalması səbəbindən Ukraynanın bəzi bölgələrinə maliyyə yardımının dayandırıldığını açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, son 48 saat ərzində BMT-nin müxtəlif agentlikləri, humanitar təşkilatlar və QHT-lərdən Amerika dəstəyinin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat daxil olub. Təcili humanitar yardımdan tutmuş, müharibə və ya təbii fəlakətlərdən təsirlənən həssas qruplara kömək məqsədi daşıyan yenidənqurma layihələrinə qədər kritik proqramlar risk altındadır.
Quterreş vurğulayıb ki, 2024-cü ildə bir milyon insan üçün həyati əhəmiyyət kəsb edən nağd yardımın verilməsi dayandırılıb. BMT-nin baş katibi Amerika dəstəyinin azalmasının nəticələrini dünyanın ən həssas insanları üçün fəlakətli adlandırıb.