Mosula hücum başladı: İŞİD qorunmaq üçün təkər yandırır
16-10-2016, 02:17
ABŞ-a məxsus artilleriya qüvvələri Başika dağından İraqın Mosul şəhərinin yaxınlığında yerləşən İŞİD mövqelərini vurmağa başlayıb.
Bu barədə peşmərgə komandanı Ömər Hüseyn deyib. O bildirib ki, bir müddət əvvəl ABŞ qüvvələri Başika yaxınlığında mövqe seçiblər:
“Raket zərbələri ilə şəhərin mərkəzini vurmağa başlayıblar. Artilleriya atışından sonra koalisiyaya aid qüvvələr də bombardmana qoşulub. İŞİD-çilər təyyarələrin baxış bucağını bağlamaq üçün neft və təkərlər yandırırlar”. (axar.az)