2016-cı ilin əvvəlindən Rusiya Bankı təxminən 120 maliyyə piramidası aşkar edib.
Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmisi Valeri Lyah bildirib.
“Üçüncü rüb ərzində təxminən 30 maliyyə piramidası aşkarlanıb. Maliyyə piramidaları xidmətlərindən istifadə edən insanlara dəyən ziyanın orta məbləği 40-80 min rubl təşkil edib”, - deyə V.Lyah qeyd edib.