Kerri:“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”

16-10-2016, 23:39           

Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.

Bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib.

"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", – deyə C.Kerri bildirib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru