Sərxoş həkimlər xəstəyə kömək edə bilməyiblər....

17-10-2016, 00:05           
Sərxoş həkimlər xəstəyə kömək edə bilməyiblər....
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Perm (Rusiya Federasiyası) şəhərində sərxoş həkimlər bir neçə saat ərzində onkoloji xəstəyə heç bir tibbi yardım göstərə bilməyiblər. Həkimlərin belə rəzil davranışı videokameraya düşüb və böyük qalmaqala səbəb olacağı ehtimalı böyükdür.

Həkimlər (tibb personalı) o dərəcədə sərxoş olublar ki, hətta xəstənin venasına «düşə bilməyiblər». Permin 9 nömrəli tibbi-sanitar hissəsində baş verən bu rəzalət barədə sosil şəbəkələrin birində istifadəçi Veronika Mixaylova məlumat verib.

Qadının sözlərinə görə, gecə o, xərçəng xəstəsi olan qohumunun «üstünə» təcili yardım çağırıb. Xəstə yüksək təzyiq altında olub. Onu tibb müəssisəsinə gətiriblər, ancaq tibbi hissənin bütün personalı həmin gecə saatlarına bərk sərxoş olub.

Qadın iddia edir ki, bir neçə saatdan sonra həkim ona zəng vurub və xəstəni geri aparmağı xahiş edib. Həmin müddətdə xəstəyə heç bir tibbi yardım göstərən olmayıb. Tibb bacısı xəstəyə «sistem qoymaq»a cəhd göstərib, fəqət uğursuz – o, xəstənin venasına «düşə bilməyib». Nəticədə, xəstənin qolunda böyük bir şiş yaranıb.

Tibb müəssisəsinə qayıdan qohum qadın bütün personalın yatmış olduğunu görüb. Tibbi hissənin işçiləri vəziyyətə narazılığını bildirən qadını qovmağa çalışıblar. Qadın sübut qismində ortaya bir neçə videosüjet qoyub. Həmin süjetlərdə tibb işçiləri əvvəlcə qadından yaxa qurtarmağa, sonra isə kameradan yayınmağa çalışıblar.

Yerli «V kurse» portalının məlumatına görə, qalmaqal yaranandan sonra, klinikanın baş həkimi pasiyentdən üzr istəyib. Bunun ardınca xəstəni klinikanın hesabına ödənişli palatda yerləşdiriblər.

Belə-belə işlər… Hər şey lap bizdəki kimidir – bizdə də həkimlər xəstənin sağ ayağı ilə sol ayağını «anışdıra» bilmirlər!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.