Daha bir ölkədə çevrilişə cəhd - 20 nəfər həbs edildi

17-10-2016, 08:15           

Monteneqroda 20 Serbiya vətəndaşı həbs olunub.

Musavat.com-un məlumatına görə, bu barədə Monteneqronun Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, həbs olunan 20 nəfər ölkədə çevriliş hazırlayırmış: “20 Serbiya vətəndaşı ölkədə çevriliş planı hazırlayıb. Onlar iqtidardakı Demokratik Sosoyalist Partiyasının (DPS) başqanını və baş nazir Milo Cukaoviçi qaçıraraq çevriliş həyata keçirmək istəyiblər”.

Baş Prokurorluqdan verilən açıqlamada həmçinin qeyd olunub ki, həbs olunanlardan biri Serbiyanın keçmiş jandarma rəhbəri Bratislav Dikiçdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru