Məşhur rus terrorçu Ukraynada öldürüldü

17-10-2016, 08:19           
Məşhur rus terrorçu Ukraynada öldürüldü
Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri öldürülüb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində separatçı “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Motorola” ləqəbli Arsen Pavlov ölüb.

Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.