Marsın peyki də göründü – FOTO

17-10-2016, 09:48           
Marsın peyki də göründü – FOTO
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “Mars Orbiter” adlı aparatının çəkdiyi fotoları yayımlayıb.

teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ISRO 2014-ci ildə Marsın orbitinə yerləşdirdiyi kosmik aparatın göndərdiyi fotolar görənləri heyran edir. Yayılan fotolarda Marsın kiçik peyki Fobos da görünüb.

ISRO peyki 5 noyabr 2013-cü ildə kosmosa buraxıb. Aparat 24 sentyabr 2014-cü ildə Qırmızı Planetin orbitinə yerləşdirilib.

Qeyd edək ki, “Mars Orbiter” layihəsinə bütövlükdə 73 milyon dollar xərcləyən Hindistan Marsa çatan üçüncü ölkə olub. Daha əvvəl NASA (Milli Aeronavtika və Kosmos İdarəsi – ABŞ) və ESA (Avropa Kosmik Agentliyi) buna nail olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru