Tramp 240 min ukraynalı qaçqının statusunu ləğv edir

Bu gün, 12:44           
Tramp 240 min ukraynalı qaçqının statusunu ləğv edir
Donald Tramp administrasiyası təxminən 240 min ukraynalı qaçqının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu addım həmin şəxslərin sürətləndirilmiş deportasiya prosedurlarına məruz qalmasına səbəb ola bilər. Yeni qaydaların aprel ayından qüvvəyə minməsi gözlənilir və ümumilikdə 1,8 milyon miqranta təsir edəcək.

Bu qərar Tramp administrasiyasının Bayden dövründə tətbiq edilən müvəqqəti humanitar yardım proqramlarını ləğv etmək səylərinin bir hissəsidir. Bu proqramlar çərçivəsində ABŞ-yə daxil olan miqrantlar müvəqqəti yaşamaq və işləmək icazəsi almışdılar. Lakin yeni qərarla bu statuslar ləğv edilə bilər.

Tramp administrasiyası bu addımı ABŞ-nin bütün hərbi yardımını və Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra atıb. Britaniya mətbuatı yazır ki, bu, Kiyevi danışıqlara məcbur etmək məqsədi daşıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.