ABŞ Kolumbiya Universitetinə ayrılan 400 milyon dollar vəsaiti ləğv edib

Bu gün, 17:34           
ABŞ Kolumbiya Universitetinə ayrılan 400 milyon dollar vəsaiti ləğv edib
ABŞ prezidenti Donald Trampın administrasiyası bildirib ki, Kolumbiya Universitetinin Nyu York şəhərindəki kampusu və ya ətrafında anti-semitik qısnama səbəbilə universitetə 400 milyon dollar dəyərində qrant və müqavilələri ləğv edib.

Bu açıqlama Ədliyyə, Təhsil və Səhiyyə və İnsan Xidmətləri nazirliklərinin, habelə Ümumi Xidmətlər Administrasiyasının (GSA) birgə bəyanatı ilə verilib.

Tramp administrasiyası kəsilən qrant və müqavilələr, nə də antisemitik qısnamaya dair sübutlarla bağlı təfərrüatları açıqlamayıb. Elan edilən kəsirlər, administrasiyanın dediyinə görə, hazırda Kolumbiya Universitetinə ayrılan 5 milyarddan çox qranta tətbiq ediləcək. Bu pulların çoxu səhiyyə və elmi araşdırmalara xərclənir, amma Reuters rəqəmləri təsdiqləyə bilməyib.

“Təcili” kəsirlər böyük ehtimalla hüquqi çətinliklərlə üzləşək. Vətəndaş hüququ qrupları deyir ki, müqavilələr lazımi hüquqi prosedur olmadan ləğv edilib və bu, müdafiə olunan söz azadlığına tətbiq olunan qeyri-konstitusion cəzadır.

Kolumbiya ötən il İsrailin Qəzzada müharibəsi davam etdiyi bir vaxtda universitetlərdə keçirilən fələstinli tərəfdarı və İsrail əelyhinə etiraz hərəkatının önündə idi.

Universitet antisemistimzə və başqa qərəzli münasibətə qarşı mübarizə apardığını bildirib, eyni zamanda isə vətəndaş hüquqları qruplarının hökumətin universitetlərdə söz azadlığının müdafiəsini aşındırmağa imkan verdiyinə dair tənqidlərini dəf etməyə çalışıb.

Kolumbiya Universitetindəki etirazçılar universitetin İsrail ordusunun fələstinli əraziləri işğal etməsini dəstəkləyən şirkətlərə sərmayə qoymasına son qoymasını tələb ediblər. Onların bəziləri aprel ayında bir neçə saatlıq universitetin bir binasına nəzarəti ələ keçirib və kampusdakı çəmənliklərdə çadırlar qurublar.

Bu etirazlar və İsrail-tərəfdarı əks-etirazlar zamanı anti-semitizm, İslamofobiya və irqçiliyə dair ittihamlar olub. Fələstinli tərəfdarı etirazların arxasındakı tələbə qruplarının koalisiyası olan “Kolumbiya Universiteti Aparteiddən İmtina”nın təşkilatçıları arasında yəhudi tələbələr və qruplar da var. Onlar deyir ki, İsraili tənqid etmək yanlış bir şəkildə antisemtisimlə qarışdırılır. Bəzi yəhudi və israilli tələbələr etirazların qorxuducu və pozucu olduğunu deyib.

Ədliyyə Departamentinin antisemitizm işçi qrupuna rəhbərlik edən Leo Terrell, "Vergi ödəyicilərinin bu vəsaitlərini ləğv etmək, federal hökumətin Kolumbiya kimi yəhudi tələbələri və işçilərini müdafiə etməyən bir təhsil müəssisəsinin tərəfi olmayacağına dair ən güclü siqnalımızdır"deyib. Ədliyyə Departamentinin sözçüsü Vi Hornbankl, kəsilən qrant və müqavilələri dəqiqləşdirməkdən imtina edib. Hornbakl hökumətin Kolumbiya Universitetində antisemitizmə dair sübutları təsvir etməkdən də imtina edib. Digər üç departamentin sözçüsü suallara cavab verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.