Çarəsiz Avropa öz ordusunu yaradır: Qitənin səması türk PUA-ları ilə qorunacaq VİDEO
Bu gün, 10:16

"Avropa açıq və real təhlükə ilə üz-üzədir. Biz özümüzü müdafiə etmək və Ukraynanı güc mövqeyinə çıxarmağa qabil olmalıyıq".
Ağ Evdə baş tutan qalmaqallı Tramp-Zelenski görüşündən az sonra - martın 6-da Brüsseldə keçirilən "Köhnə dünya" liderlərinin görüşündə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi bu ifadə Birləşmiş Ştatların 47-ci Prezidentinin hakimiyyətə gəlişindən sonra müəyyən qədər dumanlı ehtimallarla olsa da, hər halda gözlənilən durumun real konturda konstatasiyası olub.
Bəli, Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı "U" dönüşü sərt reallıqda Avropa üçün uzun və rahat bir yuxunun sonudur. Birlik birdən-birə dəyişən siyasi şərtlərdə müharibədən faktiki olaraq qələbə ilə çıxmaqda olan rus hərbi maşınının yaxınlaşan vahiməli uğultusu qarşısında panikaya düşüb. Hərçənd bunu sadəcə panika hesab etmək yanlış olar, ortada faktiki olaraq itirilmiş çox güclü qəyyum, məhv edilə bilməmiş qəzəbli düşmən və qorunmayan bir qitə var.
Brüssel sammitində Ursula fon der Lyayen Avropanın özünü müdafiə edə bilməsi üçün ordusunu yenidən qurmalı və yenidən silahlandırmalı olduğunu bəyan edərək bunun üçün lazım olan məbləği də açıqlayıb: düz 800 milyard avro və ya 841 milyard dollar. Bu vəsaitin müvafiq məqsəd üçün 4 il ərzində sərf edilməsi nəzərdə tutulur.
Bəs bu qədər vəsait Avropada, həqiqətən də, güclü və vahid ordu yaradılması üçün yetərlidirmi və hazırkı şərtlərdə belə bir ordu üçün əsas çağırışlar nədən ibarətdir?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu suallara aydınlıq gətirilib.
Ətraflı süjetdə: