İspaniyada güclü yağış və tufanlar baş verib, iki nəfər ölüb

21-03-2025, 12:24           
İspaniyada güclü yağış və tufanlar baş verib, iki nəfər ölüb
İspaniyanın bir çox əyalətində son üç həftə ərzində yağan güclü yağış və tufanlara qarşı xəbərdarlıq edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya Meteorologiya İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, yağış və tufan nəticəsində iki nəfər həyatını itirib.

İspaniya Meteorologiya İnstitutu (AEMET) küləyin sürətinin saatda 140 kilometrə çatacağına dair xəbərdarlıq edib. Dalğanın hündürlüyünün 7 metrəni keçdiyi Qalisiya vilayətində güclü külək nəticəsində ağaclar aşıb, damların uçub, nəqliyyat vasitələri zədələnib. Fəlakət səbəbindən 2 nəfərin yaralandığı bildirilib.

Eyni zamanda qeyd edilib ki, Bilbao şəhərindəki “Loiu” hava limanında bir çox uçuş və reyslər ləğv edilib.

Bundan başqa, paytaxt Madriddə “Manzanares” çayının daşması riskinə qarşı bəzi yaşayış məntəqələrindən ən azı 400 nəfər təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru