Balidə xarici turistlər üçün yeni qaydalar tətbiq edilib

25-03-2025, 16:28           
Balidə xarici turistlər üçün yeni qaydalar tətbiq edilib
İndoneziyanın Bali əyalətinin hökuməti xarici turistlər üçün yeni qaydaların əks olunduğu sənəd dərc edib.

Bu barədə "Antara" agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd əcnəbi turistlərdən ölkənin mədəniyyətinə və adət-ənənələrinə hörmət nümayiş etdirməyi, xüsusən də dini obyektlərə, attraksionlara və ictimai yerlərə səfər edərkən uyğun geyimdə olmağı tələb edir.

Sənəddə, həmçinin qeyd olunur ki, turistlər lisenziyalı bələdçilərdən istifadə etməli, valyuta əməliyyatları üçün rəsmi valyutadəyişmə məntəqələrindən yararlanmalı, ödənişləri yalnız yerli valyuta ilə etməlidirlər.

Bali hökuməti xarici turistləri yerli yol hərəkəti qaydalarına əməl etməyə, yol nişanlarına diqqətlə yanaşmağa, motosiklet sürərkən dəbilqə taxmağa, nəqliyyat vasitələrinin müəyyən edilmiş sərnişin tutumunu aşmamağa və sərxoş halda avtomobil idarə etməməyə çağırıb.

Bununla yanaşı, xarici turistlərdən əyalətdə qaldıqları müddətdə 150 000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum ödəmələri tələb edilir.

Bali qubernatoru Vayan Kosterin qeyd edib ki, əyalətə səfər qaydalarını pozan turistlər yerli qanunvericiliyə uyğun olaraq ciddi şəkildə cəzalandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru