Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
27-03-2025, 16:48
Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlar və sanksiyaların ləğvi barədə müzakirələr fonunda Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.
Bu barədə "RİA Novosti" məlumat verib.
"Aİ-nin əsas diqqəti əvvəllər olduğu kimi, sanksiyalar da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edərək Rusiyaya maksimum təzyiq göstərməkdir", - Aİ-nin nümayəndəsi Anitta Hipper bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması və Rusiya qüvvələrinin Ukraynanın bütün ərazisindən qeyd-şərtsiz çıxarılması sanksiyaların dəyişdirilməsi və ya ləğvi üçün əsas şərtlərdən biri ola bilər.
Hipper, həmçinin vurğulayıb ki, Aİ-nin məqsədi hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynaya dəstək olmaqdır.