Tramp evsizlərlə mübarizənin qeyri-adi üsulunu təklif edib

27-03-2025, 17:47           
Tramp evsizlərlə mübarizənin qeyri-adi üsulunu təklif edib
ABŞ Prezidenti Donald Tramp evsizlərlə mübarizənin yeni üsulunu nəzərdən keçirir.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Ağ Ev rəhbəri ehtiyacı olanları sosial evlə təmin etmək əvəzinə onları psixi xəstəliklərdən və narkotik vasitələrdən asılılıqdan məcburi müalicəyə göndərmək istəyir.

"Prezident Tramp küçələrdə yaşayanları məcburi şəkildə böyük düşərgələrə köçürməklə, eləcə də onların psixi xəstəliklər və narkotik vasitələrdən asılılıqlarının müalicəsini tələb etməklə küçələri evsizlərdən təmizləmək üçün yeni yanaşma vəd edir", - kanalın saytında bildirilir.

Bu vaxta qədər ABŞ-nin evsizlərlə bağlı rəsmi siyasəti onların sosial evlərlə təmin olunmasına yönəlmişdi. CBS telekanalının məlumatına görə, ölkə rəsmiləri siyasətdə dəyişiklik barədə rəsmi açıqlama verməyiblər, lakin ölkədə evsizlərlə mübarizənin yeni üsullarına açıqdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru