"Serb Respublikası" rəhbərinin iki ölkəyə girişi qadağan ediləcək

4-04-2025, 11:50           
"Serb Respublikası" rəhbərinin iki ölkəyə girişi qadağan ediləcək
"Serb Respublikası"nın (Bosniya və Herseqovinanın tərkibindəki qondarma qurum) başçısı Milorad Dodikin və daha iki siyasətçinin Almaniya və Avstriyaya girişi qadağan ediləcək.

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Avstriya xarici işlər naziri Beate Maynl-Raytsingerin və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lürmannın bəyanatında deyilir.

Bəyanatda Bosniya və Herseqovinadakı konstitusiya böhranına diqqət çəkilərək, buna görə məsuliyyət daşıyanlara qarşı təcili əlavə tədbirlər görülməsi barədə razılıq əldə olunub.

Onların fikrincə, M.Dodik "qırmızı xətlər"i keçib, Balkan ölkəsinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü təhdid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru