Məhəmməd Allahın elçisidirmi? Cavabı bu 3 sualda gizlədilir
Bu gün, 16:54

Müsəlmanlar tez-tez qeyri-müsəlmanları təhqir edib qarğış yağdırırlar ki, guya kim islamı və ya Məhəmmədi tənqid etsə xoş günlər görməyəcək. Amma tarixi faktlara baxanda ortaya çox fərqli mənzərə çıxır. “Peyğəmbər”in həyatı onun uydurma və nağılbaz bir obraz olduğunu açıq göstərir. Alim olmağa, yüzlərlə kitab oxumağa ehtiyac yoxdur, sadəcə bir neçə sual vermək kifayətdir.
Birinci sual
Əgər Məhəmməd Allahın elçisi idisə, niyə Məkkədən qaçarkən qorxudan mağara deşiyinə girib gizləndi? Allah niyə o vaxt Quranda danışdığı kimi fil ordusu, quş dəstələri və ya möcüzəvi qüvvələr göndərib onu qorumağa çalışmadı? Axı nağıllarda başqaları üçün göydən daşlar yağdırılır, dənizlər bölünür, amma öz “peyğəmbəri” qorxudan mağarada gizlənməli olur.
İkinci sual
Əgər Məhəmməd həqiqətən Allahın elçisi idisə və müsəlmanların sevimlisi idisə, niyə Allah onun dəfni üçün mələklər göndərmədi? Daha da önəmlisi, niyə Allah sevimli elçisinin meyitinin isti ərəb iqlimində iylənməsinə imkan verdi? Guya kainatı idarə edən tanrı, öz ən sevimli elçisinin cəsədinə belə sahib çıxmadı. Bu necə “ilahi plan” ola bilər?
Üçüncü sual
Əgər müsəlmanlar doğrudan da Məhəmmədi sevir və dəyərləndirirdilərsə, niyə onun meyitini vaxtında basdırmadılar? Niyə üç gün ərzində isti ərəb iqlimində cəsəd çürüyüb iylənəndən sonra məcburən dəfn etdilər? Bu “ən sevimli peyğəmbər”in taleyi idisə, onda sevilməyənlərə necə davranırdılar?
Nəticə olaraq:
Mən burada heç bir təhqir və alçaldılma etmədən, sadəcə Quran ayələri və tarixi faktlara əsaslanan suallar verdim. Buyurun, möhtərəm müsəlmanlar, yenə də hər zamanki kimi ayələrə və hadisələrə don geyindirin, “belə olmayıb” deyin. Təhqir edin, şər və böhtan atın, hədə-qorxu gəlin, çünki əlinizdən gələn ən yaxşısı hər zaman yalnız bunlar olub. Amma nə edirsiniz edin, heç vaxt doğruları iyrənc hərəkətlərinizlə ört-basdır edə bilməyəcəksiniz.
Sorğulamaq
TEREF