Fransa prezidentini Bakıya səfərdə müşaiyət edən “mavi” diplomat - qalmaqala səbəb olub

3-06-2015, 14:48           
Fransa prezidentini Bakıya səfərdə müşaiyət edən “mavi” diplomat - qalmaqala səbəb olub
Fransa ilə Vatikan arasında qeyri-ənənəvi seksual oriyentasiyaya malik diplomat ətrafında qalmaqal yaşanır.

Virtualaz.org saytı “AssosiatedPress”ə istinadən xəbər verir ki, Fransanın Vatikandakı səfiri postuna namizəd göstərilən LoranStefanininin namizədliyini Vatikan təsdiqləmir. Fransa prezident sarayı diplomatın namizədliyini bir ay əvvəl irəli sürüb, ancaq Vatikan Stefaninin namizədliyinə aqreman vermək istəmir. Məlumata görə Yelisey sarayı diplomatik kanallarla Vatikana çatdırıb ki, bir həftə-on gün ərzində bu məsələyə dair mövqeyini qətiləşdirsin. Vatikan nümayəndələri isə məsələni şərh etməkdən imtina edib.

Məlumatalara görə Vatikan səfirin gey olmasına görə onun namizədliyini təsdiqləmək istəmir. Bir qayda olaraq Vatikan belə diplomatları akkreditasiya etməkdən yayınır. Buna baxmayaraq Papa Frensisk ötən ay Vatikandakı otellərdən birində Stefanini ilə görüşüb. Stefanini gey olduğunu açıq boynuna almır. Ancaq Fransa rəsmiləri onun qeyri-ənənəvi oriyentasiyaya malik olduğunu təsdiqləyirlər və deyirlər ki, diplomatın şəxsi həyatı onun təyinatına təsir göstərməməlidir.

Stefanini 54 yaşındadır, hazırda Fransa prezidentinin sarayında protokol xidmətinin rəhbəridir. 2001-2005-ci illərdə Fransanın Vatikandakı səfirliyində yüksək post tutub, daha sonra Fransa XİN-də dini məsələlər üzrə müşavir işləyib. “Assosiated Press” Stefaninin bu ilin aprelində Fransa prezidenti FransuaOllandı Bakıya və İrəvana səfərdə müşaiyət etdiyini xatırladıb, gey diplomatın Bakı aeroportundan çıxarkən çəkilmiş fotosunu da yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.