Ukraynada amansız döyüşlər başladı

3-06-2015, 15:33           
Ukraynada amansız döyüşlər başladı
“Donetsk Xalq Respublikası”nın (“DXR”) 1000-ə yaxın tərəfdarı Donetsk vilayətinin Mariinka yaşayış məntəqəsinə hücum edir. Eyni zamanda separatçılar Krasnoqorovka yaxınlığında qoşun cəmləyir.

Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatı “B” sektorundakı qərargahın mətbuat katibi Yevgeni Silkin yayıb.

“Saat 10:00-a olan məlumata görə, Mariinka yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında yarım saat döyüş gedib. Separatçıların təxmini sayı 1000 nəfərdir. Separatçılar atıcı silahlardan, minaatanlardan və tanklardan istifadə edir. Düşmən Krasnoqorvka ətrafına da hərbi qüvvə cəmləyir” - deyə Y.Silkin bildirib.

Onun sözlərinə görə, separatçılar gecə Donetsk vilayətində Ukrayna ordusu qüvvələrini “Qrad”lardan atəşə tutub. Mariinka rayonunda isə 20 tankın hərəkəti müşahidə olunub.

Ukraynanın baş naziri Arsen Yasenyuk bəyan edib ki, Rusiya Minsk razılaşmasını növbəti dəfə pozub və öz separatçılarına hərbi əməliyyatlara başlamaq göstərişi verib: “Rusiya dünən təmas qrupunun üçtərəfli görüşünü pozdu. Bu gün isə öz separatçılarına hücum əmri verdi”.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Mariinka qəsəbəsi artıq separatçıların nəzarətinə keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.