Yer kürəsindən də böyük: Günəşdəki partlayışın heyrətamiz FOTOSU

Bu gün, 15:23           
Yer kürəsindən də böyük: Günəşdəki partlayışın heyrətamiz FOTOSU
Havay adalarında yerləşən və dünyanın ən böyük günəş teleskopu sayılan "Daniel Inouye" günəş teleskopu yeni texnologiya ilə təchiz edilib. "Visible Tunable Filtergraph" (VTF) adlanan bu qurğu sayəsində alimlər Günəşin səthində nəhəng bir ləkənin heyrətamiz görüntüsünü əldə ediblər.

Bu barədə "Popular Science" nəşri xəbər verir.

Araşdırmalar göstərir ki, həmin Günəş ləkəsinin sahəsi təxminən 625 milyon kvadratkilometr təşkil edir ki, bu da Yer səthinin ümumi sahəsindən daha böyükdür.

Qeyd olunur ki, VTF Günəşin fotosferi və xromosferi, yəni atmosfer qatlarını daha dərindən araşdırmaq üçün xüsusi olaraq hazırlanıb. Qurğu 10 kilometr piksel dəqiqliyi ilə son dərəcə yüksəkkeyfiyyətli görüntülər əldə edə bilir.

Nəzərə alsaq ki, Günəş Yerdən təxminən 150 milyon kilometr uzaqlıqda yerləşir, bu görüntünün əldə edilməsi alimlər üçün olduqca böyük nailiyyət sayılır.

Yeni teleskop, həmçinin işığın polyarizasiyasını və müxtəlif dalğa uzunluqlarını təhlil etmək qabiliyyətinə malikdir və saniyədə yüzlərlə şəkil çəkə bilir. Alimlər ümid edirlər ki, bu müasir texnologiya Günəşdə baş verən plazma partlayışları və maqnit sahələrinin formalaşma mexanizmlərini daha yaxşı anlamağa imkan verəcək.

Hazırda VTF sınaq mərhələsindədir və onun gələn il tam istifadəyə verilməsi planlaşdırılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.