Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"

Bu gün, 16:58           
Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"
Cənubi Koreyada fəaliyyət göstərən şirkətlərdən biri əməkdaşlara yay aylarında gündə ən azı bir dəfə duş qəbul etməyi tövsiyə edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Şirkətin adı açıqlanmasa da, foto "X" sosial şəbəkəsində həmin şirkətin əməkdaşlarından biri tərəfindən paylaşılıb.

"İsti yay yaxınlaşdıqca, bütün əməkdaşlardan şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - müraciətdə bildirilir.

Məktubda işçilərə təmiz paltar geyinmək, dezodorant və nəm salfetlərdən istifadə etmək, eləcə də iş otaqlarını havalandırmaq tövsiyə olunub.

"Düşünməyin ki, sizdən qoxu gəlmir, sadəcə həmkarlarınız bu barədə sizə heç nə demirlər", - deyə müraciətin sonunda vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.