Tramp ABŞ gəmiləri üçün Panama və Süveyş kanallarından pulsuz keçid tələb edib
Dünən, 15:34
ABŞ Prezidenti Donald Tramp Panama və Süveyş kanallarından ABŞ hərbi və ticarət gəmiləri üçün pulsuz keçid tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb:
"ABŞ gəmilərinə - həm hərbi, həm də ticarət gəmilərinə - Panama və Süveyş kanallarından pulsuz keçməyə icazə verilməlidir. Bu kanallar Amerika Birləşmiş Ştatları olmadan mövcud olmazdı. Dövlət katibi Marko Rubiodan bu vəziyyətlə dərhal məşğul olmağı xahiş etdim", - Tramp qeyd edib.