Çin ordusu Vyetnama məxsus adanı ələ keçirib, öz ərazisi elan edib

28-04-2025, 16:44           
Çin ordusu Vyetnama məxsus adanı ələ keçirib, öz ərazisi elan edib
Çin Filippin hərbi bazası yaxınlığında Vyetnama məxsus Sandy Cay adasını ələ keçirib.

Financial Times bildirir ki, Çin sahil mühafizəsi Cənubi Çin dənizində Filippin hərbi bazası yaxınlığında yerləşən mübahisəli Sandy Cay adasına daxil olub . Pekin adaya Çin bayrağı sancıb və onu rəsmən öz ərazisi elan edib.

Adada Vyetnamın hərbi obyektləri və balıqçılıq məntəqəsi yerləşir.

“Sandy Cay” Manilanın ən mühüm hərbi bazalarından birinin yerləşdiyi Filippinin Titu adasından cəmi bir neçə kilometr aralıda yerləşir. Bu addım regionda ən böyük ABŞ-Filippin hərbi təlimləri fonunda Çin, Vyetnam və Filippin arasında münaqişənin kəskinləşməsi riskini artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru