Oliqarxın qızı ABŞ-a bal ayına gedib Rusiyanı pislədi: - “Hər yerdə “Raşka”dan yaxşıdır...”

25-10-2016, 16:57           
Oliqarxın qızı ABŞ-a bal ayına gedib Rusiyanı pislədi: - “Hər yerdə “Raşka”dan yaxşıdır...”
Çeçen əsilli rusiyalı milyarder-oliqarx Musa Bajayevin yeni ailə qurmuş 22 yaşlı qızı ABŞ-a bal ayına gedib və sosial şəbəkədə dünyanın hər yerində Rusiyadan daha yaxşı olduğu barədə yazaraq böyük qalmaqala səbəb olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 25 yaşlı çeçen biznesmen Bekxan Mamakayevlə ötən ay Monakoda ailə quran MQİMO tələbəsi Elina Bajayeva ABŞ-da olarkən Ask.fm sosial şəbəkəsində isfadəçilərdən birinin bu sualı ilə qarşılaşıb: “ABŞ-da Raşkaya (Rusiya) nisbətən daha yaxşıdır?”

Oliqarxın qızı isə cavabında yazıb: “Hər yerdə Raşkadan yaxşıdır”. Elina daha sonra yazıb ki, ABŞ-da qalıb yaşamaq istərdi.

Musa Bajayevin qızının özünü superderjava sayan Rusiya haqda “Raşka” yazması və onun ölkəsini bəyənməyib ABŞ-da yaşamaq istədiyini yazması Kremlin ideoloji təbliğatı kontekstində dəhşətli görünür. Bu səbəbdən qızın qeydləri böyük qalmaqala səbəb olub, telekanallar oliqarxların uşaqlarının necə qudurması barədə ard-arda süjetlər verib. Sosial şəbəkələrdə isə Bajayevin qızına yazıblar ki, Rusiyaya qayıtmasa yaxşıdır.

Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, bu qızın gələcəkdə XİN-də işləməyə haqqı yoxdur və onu bu nazirliyə işə götürmək olmaz. Deputat qıza məsləhət görüb ki, institutu dəyişib kosmetoloq-maneken ixtisası alsın. Çünki ABŞ-da oturub dodaqlarını silikonla şişirdən, özünə bahalı əyin-baş alıb vətəni aşağılayan birinin gələcəkdə diplomat olması mümkün deyil.

MQİMO-nun rektoru Anatoli Torkunov isə tələbənin hərəkətinin “qəbuledilməz” olduğunu deyib. “Biz ondan soruşacağıq ki, nəyi nəzərdə tuturdu. Çünki bu mənə aydın deyil. Bu, hansısa axmaqlıqdır”-rektor deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru