Qrenlandiya ABŞ-nın əlinə keçsə, müqavilə ləğv ediləcək

Bu gün, 08:14           
Qrenlandiya ABŞ-nın əlinə keçsə, müqavilə ləğv ediləcək
ABŞ Qrenlandiyanı ələ keçirərsə, Danimarka amerikalılarıa müdafiə müqaviləsini ləğv edəcək
ABŞ Qrenlandiyanı ələ keçirərsə, Danimarka Vaşinqtonla Müdafiə Əməkdaşlığı Müqaviləsini (DCA) ləğv edə bilər.
“Ritzau” agentliyi xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.

“Sözsüz ki, Qrenlandiyanın ABŞ tərəfindən tam və ya qismən ilhaqı Danimarkaya müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək hüququ verəcək”, - siyasətçi deyib.

Daha əvvəl nazir, həmçinin söyləyib ki, ABŞ NATO-dan çıxacağı təqdirdə Danimarka Vaşinqtonla hərbi əməkdaşlıq sazişini vaxtından əvvəl ləğv edə bilər.

Qeyd edək ki, ABŞ və Danimarka arasında sözügedən saziş 2023-cü ilin dekabrında bağlanıb və hazırda onun ratifikasiyası parlamentdə müzakirə olunur.

Saziş 10 illikdir. O, ABŞ Silahlı Qüvvələrinə Danimarkanın üç aviabazasına - Karup, Skridstrup və Olborqdakı bazalara “məhdudiyyətsiz giriş” imkanı verir. Razılaşmanın tənqidçiləri onun Danimarkadakı ABŞ əsgərlərinə həddən artıq səlahiyyət verəcəyini deyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.