Kəraçili Abdul Sattar Edhid - Dilənçi, Meçenat
Dünən, 08:54

Bu ağsaqqal kişinin adı Abdul Sattar Edhidir. Ömrünün son anlarına qədər Pakistanın Kəraçi şəhərində dilənçilik etdi və kasıb bir həyat yaşadı. Ancaq onu digərlərindən fərqləndirən cəhət vardı. 1949-cu ildə dilənərək topladığı 50 dollar dəyərindəki vəsaitlə xeyriyyə cəmiyyəti qurdu. 1951-ci ildə ilk xəstəxanasını açdı. Bu gün isə onun cəmiyyəti Cənubi Asiyanın ən böyük vəqfidir. 8000 işçisi, 25 özəl xəstəxanası, 335 yardım qurumu, 1800 təcili tibbi yardım avtomobili, hətta tibbi yardım helikopteri olan bu insan həyatını ehtiyac içində başa vuraraq, 88 yaşında haqqın rəhmətinə qovuşdu. Pakistan dövləti onun ölümü ilə dövlət bayraqlarını endirdi və bir günlük matəm elan etdi. Allah sənə rəhmət eləsin ey böyük insan. Məşhur kəlamda olduğu kimi, "Necə insanlar gördüm, üstündə əlbisə yox, necə əlbisələr gördüm, içində insan yox." Sən milyardlarla büdcəsi olan dövlətlərə, holdinqlərə, pulunu eyş-işrətə, fuhuşa sərf edən harınlara göstərdin ki, pul yalnız xeyirə sərf olunanda insanı dəyərli edir. Səni Pakistan xalqı çiynində yola saldı, tarixdə də yaşayacaqsan, axirətdə də mükafatını alacaqsan inşaAllah!