Tramp "Apple"a savaş elan etdi – "İphone" BAHALAŞACAQ

24-05-2025, 00:07           
Tramp "Apple"a savaş elan etdi –
ABŞ prezidenti Donald Tramp texnologiya nəhəngi "Apple"ı sərt şəkildə hədəfə alıb.

"Referans" xəbər verir ki, Tramp "Truth Social" platformasında paylaşdığı bəyanatında şirkətə 25%-dən az olmayan gömrük rüsumu tətbiq ediləcəyi ilə hədələyib.

“Apple" rəhbəri Tim Kuka çoxdan bildirmişəm ki, ABŞ-da satılacaq "iPhone"lar məhz ABŞ-da istehsal olunmalı və yığılmalıdır – Hindistanda və ya başqa bir yerdə yox. Əks halda, "Apple" Amerika Birləşmiş Ştatlarına ən azı 25% gömrük rüsumu ödəməlidir. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm!” – deyə Tramp yazıb.

Bu bəyanat "Apple"ın xarici istehsal zəncirlərinə qarşı ciddi təzyiq kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, Trampın belə sərt ritorikası, onun “Amerikada istehsal et” strategiyasını yenidən gündəmə gətirdiyini göstərir.

"Apple" rəhbərliyi hələlik bu açıqlamaya rəsmi cavab verməyib. Lakin mümkün 25%-lik rüsum şirkət üçün milyardlarla dollar zərər demək ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru