ABŞ bu ölkədən də çıxır?

24-05-2025, 08:34           
ABŞ bu ölkədən də çıxır?
Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ hərbçilərinin ölkədən çıxarılması ilə bağlı danışıqların olmadığını bildirib.

Demokrat.az xəbər verir ki, bu bəyanat “Wall Street Journal” qəzetində Vaşinqton administrasiyasının Cənubi Koreyadan təqribən 4500 amerikalı hərbçini çıxarmağı nəzərdən keçirdiyi barədə xəbərə cavab olaraq verilib.

Amerika hərbi rəsmilərinə istinadən bildirilir ki, bəzi qüvvələrin Quam da daxil olmaqla Hind-Sakit okean bölgəsindəki digər bazalara köçürülməsi gündəmdədir.

Hazırda Cənubi Koreyada 28500 amerikalı əsgər xidmət edir. Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyaya qarşı güclü müdafiə mövqeyini saxlamaq üçün ABŞ ilə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru