ABŞ səfirliyindən erməni qadınlarına gözlənilməz xəbərdarlıq

25-05-2025, 12:38           
ABŞ səfirliyindən erməni qadınlarına gözlənilməz xəbərdarlıq
ABŞ-nin İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarından doğuş üçün ABŞ-yə ziyarət vizası ilə gəlməməyi xahiş edib.

Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.

"ABŞ ziyarətçi vizası ilə doğuş turizminə icazə verilmir", - səfirlik qeyd edib.

Ermənistan sakinlərinə xəbərdarlıq edilib ki, konsulluq əməkdaşları belə niyyətlərdən şübhələndikləri təqdirdə viza verməkdən imtina edə bilərlər.

Qeyd edək ki, ABŞ ərazisində doğulan hər kəsin vətəndaşlıq hüququ ölkə Konstitusiyasında 14-cü düzəlişlə təmin edilir. ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən qısa müddət sonra müvafiq hüququ məhdudlaşdıran bir sərəncam verib. Lakin Sietl məhkəməsi sərəncamı qanunsuz hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru